Bağdad,ArabAZ
İraq Xalq Səfərbərlik Qüvvələrinin Ninova Əməliyyat Komandanlığının qərargahında yanğın baş verib.ArabAZ xəbər verir ki, bu haqda İraqın Mosul şəhərindəki yerli təhlükəsizlik mənbəsi bildirib.
Mənbə ArabAZ-a yanğının səbəblərinin hələ ki, məlum olmadığını deyib.
“Mülki müdafiə mexanizmlərinin hadisə ilə bağlı araşdırma ilə birlikdə yanğını söndürmək üçün işlər aparır ” – deyə mənbə bildirib.
Öz növbəsində, İraq Xalq Səfərbərlik Qüvvələrinin üzvü Asharq Al-Awsat-a bildirib ki, hakimiyyətin qubernatorluqdakı qərargahı bomba hücumlarına məruz qalmayıb.
Qeyd edək ki daha pncı İraq KİV-ləri “Mosuldakı (Əl-Həşd) qərargahında bir sıra partlayışlar baş verdiyi” barədə xəbərlər vermişdi.