BAĞDAD,ArabAZ
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani çərşənbə axşamı İŞİD-in “İraq Valisi” adlandırılan terrorçunun paytaxt Bağdadın şimalında keçirilən birgə əməliyyatda öldürüldüyünü açıqlayıb.ArabAZ xəbər verir ki, Sudani bunu yerli mətbuata açıqlamasında bildirib.
“İŞİD terror təşkilatında qondarma (İraq valisi) və təşkilatın 8 yüksək səviyyəli liderinin öldürülməsi münasibətilə İraq xalqını təbrik edirəm. BU əməliyyat Terrorla Mübarizə və Milli Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilib. Terrorçular Həmrin dağlarında gizlənirdi və onların hamısı məhv edilib “-deyə o bildirib.