ArabAZ, Rim Əl-Kamali, BƏƏ-li yazıçı və araşdırmaçı
Şübhə yoxdur ki, ərəb ədəbiyyatı İslam ədəbiyyatından daha qədimdir, hətta İslam ədəbiyyatı termini İslamın ilk əsrlərinə qədər mövcud deyildi.
Başlanğıclara qayıtsaq, görərik ki, ərəb ölkələrində və eramızın VI əsrində ondan əvvəl və sonra şeir ağızdan-ağıza, (şifahi) rəvayətçilər,məddahlar və xanəndələr vasitəsilə adi xalqa ötürülürdü.BU şüirlər arasıdan müxtəlif mövzular var idi – sevgi,məhd, layaqət,satira və sairə..Əslində o zaman ərəblər üçün poeziya həm də informasiya idi. Bu İslamöncəsi ərəb qəbilələrinin hər birində özünəməxsus formalda olurdu. Hətta tənqidin ilk forması da şeir formasında idi.
İslam dövrlərində İslam ədəbiyyatı və ya bəzilərinin dediyi kimi, İslam mədəniyyəti, bəzilərinə görə isə daha əhatəli desək, İslam dini Əməvi və Abbasilər dövrlərində şairlər, rəvayətçilər, tarixçilər və yazıçılar da daxil olmaqla məcəllələşdirilmişdir.
Həmin İslam dövründə ərəb yazıçıları hisslər, sevgi, səyahət, düşüncə, irs, ətraf mühit elmləri, hekayələr və fəlsəfəyə diqqət yetirmişlər və müxtəlif tanınmış şairlər tərəfindən bu irs nəsilədn nəsilə ötürülüb.
İslamdan əvvəlki dövrdə yaranan ərəb ədəbiyyatı və İslam ədəbiyyatının da mərkəzi Ərəbistan yarımadası olub. Bu iki ədəbiyyat daha sonra İslam ədəbiyyatının inkişafı ilə demək olar ki parallel olaraq inkişaf edib. Lakin unutmaq olmaz ki, İslam öncəsi ərəb ədəbiyyatə, İslam sonrası ərəb ədəbiyyatından fərqlənib. Belə ki, islam sonrası ərəb ədəbiyyatında dini çalarlar daha yayğın olduğu üçün əsasən, qumar və qadın vəsfi kimi mövzular ortadan qalxıb.
Digər tərəfdən İslamın yayılması ilə, ərəb-islam ədəbiyyatının da yayılması başladı, bu xüsusən də Orta Asiyada, Hindistana və təbii ki indiki İranda oldu.
Ümumən müsəlman xalqlar ərəb dilini öz dinlərinin dili kimi öyrənməyə başladılar və uzun əsrlər boyu ədəbiyyatı mənimsədilər.
İslam ədəbiyyatı o xalqlar arasında ilk növbədə dini mövzuları əhatə edirdi.İslam əbədiyyatı və ərəb ədəbiyyatı haqqında bir nümunə vermək istərdim. Hamının bildiyi “Min bir gecə” nağılları haqqında müxtəlif fikirlər irəli sürüklsə də, o ərəb dilində yazılmış əvvəlki əsrlər haqqında, eləcə də İslam hekayələrini və ərəblərin ,eyni zamanda müsəlmanların mədəni və coğrafi nailiyyətlərini qismən ehtiva edir.
İslam ədəbiyyatının genişlənməsində Osmanlı imperatorluğunun da əvəzsiz rolu olub. Osmanlı İmperatorluğu yıxılanda və ərəb millətçiliyi yüksələndə ərəb ədəbiyyatı müasir şeirlər, romanlar, hekayələr və teatrlar yaratdı… Əvvəllər daha çox dini üslüba önöm verən ərəb ədiblər və şairlər daha sonra fərqli üslüblara üstünlük verdilər ki, dilin zənginliyi ilə bu şeirlər daha da vüsət alaraq yayılmağa başladı.
Artıq poeziyada dini terminalogiya geridə qalmışdı…
Digər tərəfdən, İslam ədəbiyyatının ən gözəl nümunələrindən biri də, peyğəmbərin tərcümeyi-halıdır.
Peyğəmbərin həyatı, İslam şəxsiyyətinin ruhunu, eramızın səkkizinci əsrindən günümüzə qədər parlaq dil gözəlliyi ilə sənədləşdirilmiş bir əsərdir.
Qeyd etmək istərdim ki, digər mədəniyyətlərdən fərqli olaraq, müxtəlif millətləri içində cəmləşdirən İslam ədəbiyyatında yazılı mətnlər olduqca önəmlidir.Ərəb olmayan müsəlmanların əksəriyyəti və ərəb müsəlmanlarının əksəriyyəti, nəyin icazəli nəyin qadağan olinduğunu bilmək üçün mütləq şəkildə yazılı ədəbiyyta müracit edirlər.
Məqalə Londonda Yayınlanan ƏL-Məcəllə jurnalından ArabAZ tərəfindən müəllifin razılığı ilə tərcümə edilib