BEYRUT,ArabAZ
İsrail pilotsuz təyyarəsi Livanın cənubundakı Vata əl-Xiyam bölgəsinə iki raket atıb. ArabAZ xəbər verir ki, İsrail ordusu, səhər saatlarında Livanın cənubunda Hizbullaha məxsus mobil raket platformasını bombaladığını açıqlamışdı.
Livanda atəşkəs razılaşması iki tərəf arasında təxminən bir il davam edən atışmadan sonra İsrail və Hizbullah qruplaşması arasında son münaqişəyə son qoymaq məqsədi ilə yerli vaxtla ötən çərşənbə günü səhər saatlarında qüvvəyə minib.
Atəşkəs bəzən polzulur. Belə ki, cənubda yerləşməyə başladığını elan edən Livan ordusu cümə axşamı İsraili iki gün ərzində atəşkəs razılaşmasını “bir neçə dəfə” pozmaqda ittiham edib.
“2024-cü il noyabrın 27 və 28-də atəşkəs razılaşmasının elan edilməsindən sonra düşmən İsrail hava pozuntuları və müxtəlif silahlarla Livan ərazisini hədəfə alaraq müqaviləni bir neçə dəfə pozdu”-deyə Livan ordusunun bəyanatında deyilir.
Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının Livan məsələləri üzrə xüsusi koordinatoru Jeanine Hennis-Plasschaert bu gün (cümə) atəşkəs razılaşmasının həyata keçirilməsini, İsrail ordusunun Livanın cənubunda işğal etdiyi torpaqlardan çıxarılmasını və hərbi qüvvələrin gücləndirilməsini bildirib.