Bakı,ArabAZ
İran ABŞ və Avropa ölkələrinin İsrailə qarşı hədəsini geri götürmək çağırışlarına cavab verib və vurğulayıb ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab vermək üçün heç kimdən “icazə” istəmir.
ArabAz xəbər verir ki , İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani verdiyi açıqlamada, İranın “öz suverenliyini müdafiə etməkdə qərarlı olduğunu və qanuni haqqını həyata keçirmək üçün heç kimdən icazə istəmədiyini” deyib.
O qeyd edib ki, Qərbin çağırışı beynəlxalq münasibətlərin prinsip və müddəalarına ziddir.
Qeyd edək ki , dünən (bazar ertəsi) Almaniya, Fransa,Britaniya liderləri İran və onun müttəfiqlərini İsrailə qarşı gərginliyi artıracaq və atəşkəsə nail olmaq və girovları azad etmək şanslarını təhlükə altına salacaq hücumlardan çəkinməyə çağırıblar.
“Sionist varlığın cinayətlərinə heç bir etiraz etmədən, üç ölkə həyasızcasına İrandan onun suverenliyi və ərazi bütövlüyünün pozulmasına cavab verməməsini xahiş edirlər”-deyə Kənani buna cavab olaraq deyib.