Bakı, Arab.AZ
İsrail ordusu 323 gündür ki, Qəzza zolağına hücum edir.
Arab.AZ xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Qeyd edilib ki, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 min 334-ə yüksəlib.
İsrail ordusunun son 48 saatda Qəzza zolağının müxtəlif bölgələrində “5 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 212 fələstinlinin isə yaralandığı bildirilib.
Xatırladaq ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 334-ə, yaralıların sayının isə 93 min 356-ya yüksəldiyi qeyd edilib.
Hafiz Rufizoğlu