BEYRUT,ArabAZ
İsrail Ordusunun Baş Qərargah rəisi, general Herzi Halevi Şimal bölgəsinin komandanı, Qaliley diviziyasının komandiri və digərlərinin müşayiəti ilə Livan ərazisinə keçib. ArabAZ xəbər verir ki, məqsəd hərbi əməliyyatların necə aparıldığı ilə tanış olmaq olub.
İsrail ordusunun sözçüsü Avichai Adraee X internet səhifəsində İsrail ordusunun baş qərargah rəisi Herzi Halevinin cənubi Livan ərazisnə keçdiyini təsdiqləyib.
“Nəsrullahdan, (Hizbullah) Cihad Şurası vasitəsilə müxtəlif birlik və bölgələrin rəhbərləri, sektorlar, bölgələr və komplekslərin rəhbərləri, bir çox fəallara qədər, çoxlu liderləri və döyüşçüləri sıradan çıxardıq və bir çox imkanları aradan qaldırdıq. Buradan çoxlu silahlar, raketlər və raket buraxılış qurğuları çıxarırsınız.Silahların Hizbullaha daxil olmasının qarşısını almaq üçün Suriyada, Suriya və Livan sərhədlərində tez-tez hücum edirik”-deyə Halevi əlavə edib.