BEYRUT, ArabAZ
Livanın rəsmi mediası bildirib ki, İsrail Livanın paytaxtı Beyrut yaxınlığında Hizbullahın tanınmış liderini hədəf alıb.
ArabAZ xəbər verir ki, İsrailin bu günki hərbi hava reydləri zamanı ümumilikdə iki buna tamamilə yayarsız hala gəlib.
İsrail reydlərin Hizbullahən tanınmış liderlərindən olan Vafiq Səfanın öldürülməsi üçün aparıldığını iddia etsə də Livan zərbələr nəticəsində mülki insanların yaralandığını bildirib.
Livan Hizbullahı 7 oktyabr 2023-cü ildə İsrail ilə “HƏMAS” hərəkatı arasında müharibənin başlamasının ertəsi günü Qəzzaya “dəstək” cəbhəsi açıb.
Bir il ərzində sərhədyanı bombardmanların mübadiləsindən sonra bu qarşıdurma sentyabrın 23-də İbrani dövlətinin Hizbullaha hava zərbələrini gücləndirməsi və bir həftə sonra Livanın cənubunda quru əməliyyatlarına başlaması ilə açıq müharibəyə çevrildi.
İsrail Hizbullahın dayaq məntəqələrinə, onun hərbi və rəhbərlik strukturuna qarşı bir sıra zərbələr endirib, xüsusilə də sentyabr ayında ölkənin cənub ətraflarında kütləvi hava hücumu zamanı partiyanın baş katibi Həsən Nəsrullahın öldürülüb.