BEYRUT,ArabAZ
İbrani dövləti Hizbullaha qarşı hava hücumlarını gücləndirdikdən və quru əməliyyatına başladıqdan bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də ölkənin cənubunda “bircə dənə də Livan kəndini işğal edə bilməyib”.ArabAZ xəbər verir ki, bunu bazar ertəsi Hizbullahın media ilə əlaqələr üzrə rəsmisi Məhəmməd Afif Beyrutun cənubunda mətbuat konfransı zamanı deyib.
“45 günlük qanlı döyüşlərdən sonra düşmən hələ də bircə Livan kəndini işğal edə bilmir. İstər cəbhədə, istərsə də daxildə bütün səviyyələrdə işğalla uzun bir müharibəyə” hazırıq”-deyə o bildirib.
O qeyd edib ki, Hizbullah uzun müharibə aparmaq üçün kifayət qədər texnika, silah və təchizata malik dir.
Hizbullahın media ilə əlaqələr rəsmisi vurğuladı ki, onların ordu ilə əlaqələri güclüdür və heç kim ordu ilə müqavimət arasında əlaqəni poza bilməyəcək.