Arab AZ, Aliyə Mansur
Hizbullahın 8 oktyabr 2023-cü ildə “dəstək müharibəsi” adlandırdığı müharibəyə girdiyi ilk gündən İsrailin təhlükəsizlik, kəşfiyyat və hərbi baxımdan Hizbullaha nə qədər sızdığı açıq-aydın görünürdü. Hizbullahın baş katibi Həsən Nəsrullahın özünün son çıxışlarından birində dediyi kimi, İsrailin Livandakı əksər əməliyyatları Livan və onun mülki əhalisini kənarda saxlamaq məqsədilə Hizbullah liderləri və üzvlərini hədəf alırdı.
İsrailin ardıcıl üç gün ərzində həyata keçirdiyi üç əsas əməliyyatı , yəhudi kəşfiyyatı Hizbullah üzvlərinin arasına sızmasaydı, baş verə bilməzdi.
2008-ci il mayın 7-də Livanda az qala vətəndaş müharibəsinə başlayan Hizbullah rabitə şəbəkəsini qorumaq üçün Beyrutu və Livan dağını işğal edib, günahsız insanları qətlə yetirib.
O, bunu o zaman kommunikasiya şəbəkələrinin qanuni və Livan hökumətinin səlahiyyəti altında olmasını təmin etməkdən imtina etdiyi üçün edib. İndi isə, İsrail onun rabitə şəbəkəsini sındıraraq Livana qanunsuz gətirdiyi elektron cihazları partladıb. Dünyanı heyrətə salan, misli görünməmiş təhlükəsizlik boşluğu yaradan və gələcəkdə də əks-səda doğuracaq bu əməliyyatda çoxlu sayda insan ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail Beyrutun cənub kənarında Ridvan ( və ya Radvan) Diviziyasının liderlərinin hədəfə alıb. İsrail onların yerini və vaxtı haqqında dəqiq məlumata sahib olub. Keçirilən əməliyyta zamanı Hizbullah üzvləri ilə yanaşı, dinc sakinlər də ölüb.
Elə təssürat yaranır ki, İsrail Qəzza zolağında fələstinlilərə qarşı apardığı müharibənin nəticəsini təmin edib, indi isə Livanda müharibəyə hazırlaşır.
Zəiflik və məğlubiyyət Həsən Nəsrullahın simasında və səsində aydın görünür, media və media adamları onun təsirini nə qədər yumşaltmağa çalışsalar da, hətta “Hayfadan kənarda” və “biz buna icazə verməyəcəyik” kimi ritorikadan istifadə etsələr də, belədir Hizbullah panika içindədir.
2006-cı ilin iyul müharibəsindən sonra dövlətdən daha güclü hesab edilən və müharibəsini İsraillə müharibədən Livanın daxili hissələri, Suriya, Yəmən, İraq xalqı və ərəb ölkələri ilə İranın diktəsi ilə müharibə aparan Hizbullah o vaxt bu qədrə zəif görünmürdü.
Bu gün çoxları deyir ki, Hizbullahın təhlükəsizlik baxımından zəif olması onun suriyalılara qarşı müharibədə iştirakı ilə bağlıdır. Bəşər Əsəd Suriya xalqına müharibə elan etdikdən və müharibəyə qoşulmaq üçün İran, İraq, Livan və digər ölkələrdən şiə yaraqlıları gətirdiyi vaxtdan Suriya bütün dünya kəşfiyyat agentlikləri üçün açıq bir arenaya çevrilib.
Söhbət İraq və Türkiyə sərhədlərindən Suriyaya gətirilən sünni radikallarından da getmir.
Hizbullah da Suriyada döyüşürdü və bununla öyünür, qurbanlarının fotolarını və barel bombalarının atılmasında necə iştirak etdiyini paylaşırdı. Onun üzvləri bir bölgənin sakinlərini aclıq həddinə qədər mühasirəyə alır və bir neçə metr aralıda onların ləzzətli yeməklərdən ləzzət aldıqları fotolarını yerləşdirirdilər. Bu gün Hizbullah tərəfindən İsrail tərəfindən öldürülən liderlər üçün dərc edilən ölüm bildirişlərində Hizbullah onların Suriyada döyüşdüklərini və suriyalıların öldürülməsində və yerdəyişməsində rollarını qeyd edir və öyünürdü.
Bəzi Livan siyasətçiləri və idarəçiləri bu gün vəziyyəti düzəltməyə çalışsalar da, heç kimə sirr deyil ki, Livan xalqının əksəriyyəti Hizbullahı günahlandırır. Onlar gözləyirlər ki, Hizbullah bunun bədəlini təkbaşına ödəyəcək.
Hizbullah liderləırinin məhvi suriyaləlar üçün “ilahi ədalət” kimi görünür.
13 ildən artıqdır ki, səssiz qalan dünyanın qarşısında onları öldürən, qırğın edən, aclıqdan didərgin salan qatillərinin indi bir-birinin ardınca öldürüldüyünü görürlər.
Bəzi insanların onları öldürənin düşmən İsrail olması onların vecinə deyil. Onlar üçün önəmli olan odur ki, bu illərdən sonra azacıq da olsa ədalətə nail olmağın mümkün olduğunu hiss etsinlər.
Evimizdə sevdiklərimizlə sağ-salamat oturduğumuz halda Hizbullahçılar tərəfindən ac saxlanılaraq, qətlə yetirilərək, işgəncələrə məruz qalaraq övladlarını itirənlərin ( Hizbullahla) həmrəylik nümayiş etdirməli, mənəviyyat yaralarını dəf etməli olduğunu söyləməyə necə cürət edə bilərik?
Bu nə əxlaqdır, nə də həmrəylik.
Əksinə, Suriyalıların əksəriyyəti üçün Hizbullah qatil, və riyakat bir partiyadır.
Bəli, İsrail Suriyanın Colan bölgəsini işğal edir,( bu dünyanın qəbul etdiyi faktdır) lakin İran və Hizbullah Suriyanın qalan hissəsini işğal edir.
Bəli, İsrail dinc insanları öldürür, Fələstini işğal edir və sülhdən imtina edir. Suriyada Hizbullah da eyni şeyi etdi və orada vəziyyət daha da ağır idi. Bu gün yalnız Hizbullahın əməkdaşlıqda və fəaliyyətsizlikdə ittiham etdiyi şəxslər səsini ucaldır və Fələstin dövlətinin yaradılmasını tələb edir. Ayrıca Hizbullah fələstinlilərin qanını və davasını ticarət və qazanc məsələsinə çevirməkdən yorulmur.
Hizbullah və ya onun bəzi hissələri özlərini, Hizbullahı və şiə icmasının böyük bir hissəsini əİslam dünyası ilə necə düşmən etdiklərinin fərqindədirmi?
*Bu məqalə Londonda yerləşən “Əl Məcəlla” jurnalından “ArabAZ” tərəfindən tərcümə edilib.