BEYRUT,ArabAZ

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətinə hava basqın zamanı, Livandakı Hizbullah qruplaşmasına bağlı elit bir diviziya olan “Radvan Qüvvələrinin” müavini Mustafa Əhməd Şehadeni öldürüldüyünü elan edib.ArabAZ xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir: “Ordu Kəşfiyyatının istiqamətləndirdiyi basqında (Hava Qüvvələri) Nəbatiyyə bölgəsində Hizbullahın Radvan Qüvvələrinin komandir müavini Mustafa Əhməd Şehadeni məhv edib”

Açıqlamaya görə, Şehade Əl-Radvan-ın Suriyadakı əməliyyatlarını idarə edirdi və “Livanın cənubundan İsrailə yöbəlik  hücumlara” nəzarət edirdi.

Dünən Hizbullah Qasimin sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrailin basqınında öldürülən Həsən Nəsrullahın yerinə partiyanın baş katibi seçildiyini elan edib. Bundan  sonra İsrail onu məhv edəcəyinə söz verib.

Maraqlıdır ki, “Radvan Qüvvələri” 2006-cı ildə İsrailin Livandakı müharibəsindən sonra yaranıb. Hərəkat “Hizbullah”ın “elit qüvvələri” kimi də tanınır onun qurucusu İmad Muğniyə 2008-ci ildə öldürülülüb.

Keçən ilin sentyabrında İsrail ordusu Beyrutun cənub kənarında bir mənzilə basqın edərək Hizbullahın Radvan Qüvvələrinin komandiri İbrahim Əqili öldürüb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version