BAĞDAD,ArabAZ
İsrail hədəflərini açıqaladıqdan sonra ,rəsmi Bağdaddla bununla bağlı narahatlıq yaranıb. ArabAZ xəbər verir ki, buna səbəb İraq daxilindəki İrana bağlı radikal və silahlı şiə qruplarının, zaman–zaman İsrail ərazisini raket atəşinə tutması olub.
“Times of Israel” qəzeti naməlum rəsmilərə istinadla bildirib ki, peyklər Tehranın ballistik raketləri və müvafiq avadanlıqları İrandan İraq ərazisinə köçürmək işini izləyib və ehtimal olunan məqsəd onlardan İsrailə gözlənilən hücumda istifadə etməkdir.
Qeyd edək ki, İsrail İraq hədəfləri ilə yanaşı, İranın dəstəklədiyi milislərlə bağlı hədəfləri izləyir və müəyyən edir.
Ehtimal olunur ki, İsrail İraqdakı hədəflərinə sırasına neft qurğuları və elektrik stansiyaları daxildir.
İraqın baş naziri Məhəmməd Şia Əl-Sudaninin siyasi müşaviri Fadi Əl-Şəmmari verdiyi açıqlamada İraq hökumətinin bir sıra təhlükəsizlik və hərbi tədbirlər gördüyünü söyləyib.