Beyrut,ArabAZ
İsrail Hizbullahın baş katibi Həsən Nəsrullaha sui-qəsd təşkil edərək partiyanın Beyrutun cənub kənarındakı “mərkəzi qərargahını” hədəfə almağa cəhd edib. ArabAZ xəbər verir ki, Hizbullah Nəsrullahın xəsarət almadığını və güvənli yerdə olduğunu bildirib.
İsrail təyyarələri cümə günü axşam saatlarında Beyrutun cənub ətrafındakı yaşayış məntəqələrinə ardıcıl və şiddətli reydlər həyata keçirib. Bölgədə onlarla partlayış qeydə alınıb.
Hizbullaha yaxın mənbənin sözlərinə görə, basqınlar 2006-cı ilin yayında İbrani dövlətinə qarşı apardığı müharibədən bəri partiyanın qalasına edilən ən şiddətli hücumlar hesab edilir. Bombardman nəticəsində Hizbullaha məxsus altı binja tam olaraq dağıdılıb.