Bakı, ArabAZ
İsrail ordusu İordan çayının qərb sahilində son 48 saat ərzində keçmiş məhbuslar da daxil olmaqla 35 fələstinlini həbs edib.
ArabAZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı və Fələstin Əsirlər Dərnəyinin Əsirlər və Azad Edilən Nümayəndə heyəti birgə bəyanat yayımlayıb.
Qeyd edilib ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri və İsraillilərin hücumları nəticəsində 691 fələstinli həyatını itirib.