QÜDS,ArabAZ
İsrail ordusu qüvvələri İordan çayının qərb sahilində aralarında uşaqlar və eləcə də keçmiş mıhbuslar olan 15 Fələstin vətəndaşını həbs edib.ArabAZ xəbər verir ki, Fələstin Məhbuslar və Keçmiş Məhbuslar İdarəsi (Administrasiyaya bağlı) və Ramallahda yerləşən insan haqları müdafiəçiləri hadisə ilə bağlı birgə bəyanat yayımlayıblar.
“Həbslərlə müşayət edilən repressiyalar ölkənin əksəriyyətində İsrail tərəfindən davamlı olaraq həyata keçirilir.İordan çayının qərb sahilində dövlət qurumlarının məhvinə yönələn eləcə də həbs edilənlərin ailələrinə qarşı təzyiqlər davam edir.Davam edən soyqırım müharibəsi və xalqımıza qarşı hərtərəfli təcavüzün başlanmasından bəri həbslərin sayının Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 11 min 400-dən çox vətəndaşa çatıb.İsrail işğal ordusu bir ildən artıqdır davam edən, o cümlədən qadınlar, uşaqlar və tibb qrupları da daxil olmaqla, dəhşətli cinayətlərlə müşayiət olunan qırğın müharibəsi fonunda Qəzzanın şimalında həbs kampaniyalarını davam etdirir”-deyə bəyanatda bildirilir.