Ramallah,ArabAZ
İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Tubas valiliyinə hücumu nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. ArabAZ –ın məlumatına görə bu barədə Fələstin Səhiyyə Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.
Fələstinin rəsmi Xəbər Agentliyi daha əvvəl İsrailin Tubasda bir avtomobili bombalaması nəticəsində ən azı 5 fələstinlinin öldüyünü bildirmişdi.
İsrail ordusundan verilən açıqlamada, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İordan çayının qərb sahilindəki Tubas bölgəsində əsgərlər üçün təhlükə yaradan silahlılara 3 xüsusi zərbə endirdiyi” bildirilib.
Məlumat üçün bildirək ki, İsrail ordusu İordan çayının qərb sahilinin şimalında bir neçə şəhər və qaçqın düşərgələrində genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə davam edir, nəticədə onlarla fələstinli ölüb və yaralanıb.