Qüds,ArabAZ
İsrailin keçmiş baş naziri Ehud Barak İsrailin İranın neft obyektlərinə genişmiqyaslı hava zərbəsi endirəcəyini və ola bilsin ki, nüvə proqramı ilə bağlı hərbi hədəfə simvolik hücum təşkil edəcəyini proqnozlaşdırıb. Barak Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib ki, “İsrailin İranın çərşənbə axşamı günü başlatdığı hücuma 180-dən çox ballistik raketlə cavab verəcəyinə şübhə yoxdur.”
“İsrailin təcili, hətta zəruri cavab verməsi lazımdır və mən inanıram ki, yer üzündə heç bir suveren ölkə buna susa bilməz. İsraildə də təkliflər var ki, İranın nüvə obyektlərini bombalamaq üçün bu fürsətdən istifadə etmək lazımdır, lakin bu, İran proqramını əhəmiyyətli dərəcədə gecikdirməyəcək “-deyə o bildirib.
Maraqlıdır ki, Ehud Barak 2007-2013-cü illərdə Ehud Olmert və Benyamin Netanyahunun rəhbərliyi altında müdafiə naziri vəzifəsində çalışarkən İranın nüvə obyektlərinin bombalanmasının ən güclü tərəfdarları sırasında idi və ABŞ prezidentləri Corc Buşu razı sala bilmədi.
Çərşənbə günü Bayden İsrailin İranın nüvə obyektlərinə hər hansı zərbə endirməsinə qarşı olduğunu bildirib.
İndi Barak özü də etiraf edir ki, İranın nüvə proqramı o qədər inkişaf edib ki, heç bir bombardman onu əhəmiyyətli dərəcədə geri qaytara bilməz.