Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

İsrail İraqda məxfi hərbi baza idarə edib

May 10, 2026 4:01 səhər
Paylaş
Paylaş

“The Wall Street Journal” qəzetinin dərc etdiyi məxfi hesabata görə, İsrail İranla münaqişə dövründə İraqın daxilində Bağdadın icazəsi olmadan gizli bir hərbi obyekt saxlayıb. İraq rəsmiləri bu əməliyyatı ölkə qanunlarının və suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

ArabAZ xəbər veriri ki, hesabatda qeyd olunur ki, müharibə başlamazdan dərhal əvvəl İraqın qərb səhrasında qurulan bu məxfi postdan İsrail xüsusi təyinatlıları İrana qarşı hava əməliyyatlarına dəstək vermək üçün istifadə ediblər. Qəzetə danışan ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton bu gizli əməliyyatdan xəbərdar olub.

Məxfi bazanın aşkar olunması və silahlı toqquşma

Əməliyyatın üstü mart ayının əvvəlində bir çobanın bölgədə qəribə helikopter hərəkətliliyi barədə məlumat verməsindən sonra açılıb. İraq qoşunları ərazidə tədqiqat apararkən ciddi müqavimətlə qarşılaşıblar. Hesabata görə:

İsrail qüvvələri İraq əsgərlərinin obyektə yaxınlaşmasının qarşısını almaq üçün hava zərbələri endirib.

Hadisə nəticəsində bir İraq əsgəri həlak olub, ikisi isə yaralanıb.

İraqın hərbi rəhbərliyi o zaman hadisəni pisləyərək hökumətin bu əməliyyatla heç bir əməkdaşlıq etmədiyini və icazə vermədiyini bəyan edib.

Logistik əhəmiyyət və hüquqi qalmaqal

Bağdad administrasiyası baş verən hava zərbəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şikayət ünvanlayıb. İraq qanunlarına görə, ölkə ərazisində xarici hərbi fəaliyyətlər hökumətin icazəsinə tabe olduğu üçün İsrailin bu müdaxiləsi siyasi və hüquqi baxımdan böyük qalmaqal yaradıb.

“The Wall Street Journal”ın məlumatına görə, bu obyekt İsrailin İrana qarşı hava müharibəsi zamanı logistika və fövqəladə xilasetmə mərkəzi funksiyasını yerinə yetirib. Bu baza İsrail təyyarələrinə döyüş meydanına daha yaxın məsafədən uçmaq imkanı yaradıb.

İran, İsrail və ABŞ arasındakı regional gərginliyin İraq torpaqlarına sıçraması, ölkənin quru və hava məkanının tez-tez pozulması ilə bağlı ciddi narahatlıqları daha da artıracağı gözlənilir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏRedaktorun seçimi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Müəllif:
ArabAZ News
QətərRedaktorun seçimi

Qətər yaxında maye qaz hasilatını bərpa edir

Müəllif:
ArabAZ News
MisirOmanRedaktorun seçimiŞimali Afrika

Misir və Oman ordusundan nəfəs kəsən hərbi təlimlər

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Zəvvarlar bu qaydalara riayət etməlidir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.