Bakı, Arab.AZ

Rəsmi İsrail Yayım Təşkilatı olan KAN-nın yaydığı məlumata əsasən, İsrail kəşfiyyatı oktyabrın 7-də baş verəcək hücumdan üç həftə öncədən xəbərdar olub.

Arab.AZ  xəbər verir ki, KAN İsrail hərbi kəşfiyyat diviziyasının 8200-cü bölməsi 19 sentyabr 2023-cü ildə, yəni hücumdan 3 həftə əvvəl HƏMAS-ın Qəzzaydan həyata keçirəcəyi mümkün hücumun təfərrüatları haqqında materiallar hazırladığını təsdiq edib. Sənəddə ehtimal olunan hücüm obyektləri də öz əksini tapıb. 

Sənəddə HƏMAS-ın 200-dən 250-dək israillini (əsgərlər də daxil olmaqla) əsir götürmək planından əlavə, əsir götürmə prosesinin təfərrüatları və ekstremal hallarda onlarla necə davranılacağı barədə məlumat verilib.

İsrail təhlükəsizlik mənbələri Kan TV-yə bildiriblər ki, ordudakı səlahiyyətli orqanlar buna tamamilə məhəl qoymayıblar.

Sənədin müəllifi HƏMAS-ın elit bölmələri tərəfindən həyata keçirilən bir sıra təlim məşğələlərini təfərrüatlı şəkildə təsvir edib. Bu təlimlərdə onlar hərbi obyektlərə və kibbutzlara basqın etmək, əsgərləri və mülki şəxsləri necə qaçırmaq, hətta qaçırılan şəxslərin necə saxlanılması və mühafizəsi ilə bağlı təlimatlar veriblər.

Kanal qeyd edib ki, Cənub Komandanlığı və Qəzza diviziyasının kəşfiyyatı təkcə HƏMAS-ın hazırladığı adam oğurluğu planından xəbərdar deyil, həm də oğurlanmış insanların saxlanacağı şərtləri, o cümlədən onlara qarşı göstərişlər verən plandan xəbərdardır. HƏMAS üzvləri ekstremal hallarda necə davranacaqlarını, qaçıranların necə saxlandığını və hansı şəraitdə edam oluna biləcəyi sənəddə öz əksini tapıb.

Qeyd edək ki, bu mübahisələr ilk dəfə deyil ki yaşanır. Belə ki, daha öncə də siyasi, hərbi və təhlükəsizlik orqanları 7 oktyabr hücumundan xəbərdar olmaqda ittiham olunub. Həmçinin, hələ də İsraildə “böyük kəşfiyyat uğursuzluğuna” görə kimin məsuliyyət götürəcəyi ilə bağlı böyük mübahisələr gedir.

Keçən may ayında İsrailin Kanal 12 qurumu ölkə Baş Qərargahının HƏMAS-ın hücumundan 72 saat əvvəl Qəzza diviziyasının bazalarında araşdırma apardığını bildirmişdi. Həmçinin, bundan əvvəl ordu müşahidəçiləri HƏMAS-ın intensiv təlimləri ilə bağlı ordu komandanlığına hesabat təqdim etdiklərini bildiriblər.

“Times of Israel” saytı bildirib ki, əsgərlərin ifadələri, İsrail ordusunun 7 oktyabrdan əvvəlki həftələr, aylar və illər ərzində HƏMAS-ın hücum planları ilə bağlı ətraflı kəşfiyyat məlumatlarına malik olduğunu ortaya qoyan xəbərləri təsdiqləyir.

Onu da əlavə edək ki, 7 oktyabrdakı kəşfiyyat uğursuzluğu ilə bağlı keçən ilin dekabr ayında etibarən İsrailin dövlət nəzarətçisi Matanyahu Englman geniş araşdırmaya başlayıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version