BEYRUT,ArabAZ

Keçən ilin oktyabrında Qəzzada müharibənin başlanması ilə Livan-İsrail cəhbəsində də paralel olaraq inkişaf edən gərginlik fonunda Livanda ölənlərini sayı 3 mini  keçib. ArabAz xəbər verir ki, bu hada Livan Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“ Davam edən toqquşmalarda  3 mindən çox insna ölüb və ən azı 13 min 500 insa  da yaralanıb”-deyə nazirliyinin açıqlamasında deyilir.

Qedy edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın “Əqsa Tufanı” əməliyyatının başlamasından bir gün sonra,Hizbullah İsrailin şimalına raket zərbələri endirməyə başladı.

Sentyabrın 23-də İsrail hava qüvvələrinin Livanın cənubuna və şərqinə, eləcə də Beyrutun cənub ətrafına intensiv hücumları ilə münaqişə kəskin şəkildə dərinləşdirib nəticədə 1,2 milyona yaxın insanın didərgin düşüb.

İsrail oktyabrın 1-də Livanın cənubuna qurudan hücuma başlayıb ki, bu da sərhəd kəndlərində geniş dağıntılara səbəb olub.

İsraildə Hizbullahın hücumları nəticəsində 30-u əsgər olmaqla 72 nəfər həlak olub.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version