BEYRUT,ArabAZ

İsrailin İctimai Yayım Korporasiyası KAN dünən Livanda atəşkəslə bağlı İsrail və Hizbullah arasında razılaşma layihəsini dərc edib. ArabAZ xəbər verir ki, atəşkəs təklifi 60 günlük müddəti əhatə edəcək.

Atəşkəs layihəsinə əsasən, bu müddət ərzində Livan ordusu sərhəd boyu yerləşdiriləcək və Livanın cənubunda Hizbullahın tırksilah olunacaq.

Layihəyə əsasən, İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək və onun yerinə Livan ordusu gələcək. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin əsgərlərinin keçidi asanlaşdırılacaq.

Times of Israel qəzeti 10 min Livan əsgərinin İsrail sərhədi boyunca yerləşdiriləcəyini bildirib.

Layihədə, “60 günün sonunda İsrail və Livan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsi və sərhəd mübahisələrinin həlli üçün ABŞ vasitəsilə dolayı danışıqlar aparacaqlar” –deyə qeyd olunub.

ABŞ-ın rəhbərliyi ilə İtaliya, Fransa, Almaniya, İspaniya, İngiltərə, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İşçi Qrupu (UNIFIL) və digər ölkələrin daxil olduğu yeni Beynəlxalq Monitorinq və İcra Mexanizmi (IMEM) də yaradıla bilər. Layihəyə əsasən, İsrail “pozuntulara qarşı tədbir görməyi” və Livan ərazisindən gələn təhdidlərə cavab verməyi seçə bilər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version