Bakı,ArabAZ
İsrail Netzarim və Filadelfiya dəhlizlərindən geri çəkilməyəcək,ArabAZ xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, bunlar hərbi və siyasi baxımdan strateji dəhlizlərdir.
“İsrail, üzərindəki böyük təzyiqlərə baxmayaraq, heç bir halda Netzarim və Filadelfiya dəhlizlərindən geri çəkilməyəcək”-deyə o bildirib.
Netanyahu eyni zamanda HƏMAS ilə razılaşmanın olacağına əmin oplmadığını bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Netanyahu Vaşinqtonun Qəzzada atəşkəs təklifini qəbul edib və HƏMAS-ı bunu qəbul etməyə çağırıb.
Blinken İsrail rəsmiləri ilə bir günlük danışıqlardan sonra, o cümlədən Netanyahu ilə iki saat yarımlıq görüşdən sonra jurnalistlərə açıqlama verib və Blinken bunu “çox konstruktiv” adlandırıb.
Blinken daha əvvəl demişdi ki, bu səylər razılaşma üçün ən yaxşı və son şans ola bilər.
Aylardır ara-sıra davam edən danışıqlarda da eyni məsələlər ətrafında fikir mübadiləsi aparılır. İsrail müharibənin yalnız HƏMAS-ın hərbi və siyasi qüvvə kimi aradan qaldırılması ilə bitəcəyini desə də, HƏMAS müvəqqəti deyil, daimi atəşkəsi qəbul edəcəyini bildirir.