Bakı, Arab.AZ
İsrail ordusunun paylaşdığı rəqəmlərə görə, HƏMAS-ın 7 oktyabr hücumları ilə başlayan müharibədə ölənn əsgərlərin sayı 658-ə yüksəlib. Toqquşmalarda 3835 İsrail əsgəri yaralanıb. Təbii ki, bu ərsmi rəqəmlərdir , İsrail müxalifətiisə bu rəqəmlərin qat-qat çox olduğunu iddia edir.
İsrail əsgərlərinin ötən həftə Rəfahda HƏMAS silahlıları tərəfindən pusquya salındığı, 601-ci Mühəndis Batalyonunun şirkət komandir müavini də daxil olmaqla 8 əsgərin öldüyü bildirilir.
Yerli mətbuatda qeyd olunub ki, İsrail ordusunun itkiləri “Qəzza müharibəsi kontekstində kiçik görünə bilər, lakin İsrail ictimaiyyəti üçün bu, çox yüksək rəqəmdir”.
İsrailin Baş Qərargah rəisi Herzi Halevi də bazar günü verdiyi açıqlamada əsgərlərə ehtiyac olduğunu təsdiqləyib və bildirib ki, ultra-ortodoks yəhudilərin (Haredim) orduya cəlb edilməsi “məcburi hal olacaq.
Bilindiyi kimi, İsraildə kişilər və qadınlar 3 il məcburi hərbi xidmətdədirlər. Haredimlər isə dini inanclarına uyğun yaşamaq üçün uyğun mühit tapa bilmədiklərini əsas gətirərək orduda xidmət etməkdən imtina edirlər. Təl-Əviv rəhbərliyi Haredimləri 26 yaşına qədər Tövrat Kurslarında (Yeşiva) təhsil aldıqları təqdirdə hərbi xidmətdən azad edir.
Keçən il 9 milyonluq ölkə əhalisinin təxminən yüzdə 12-sini təşkil edən Haredimə verilən bu imtiyaz çərçivəsində 60 min kişi orduda xidmətdən azad edildi.
İsrail ordusu 8 aydan çox davam edən döyüşlərdən sonra tamamilə tükənib.