İSLAMABAD,ArabAZ
Pakistanlı fəal və Nobel Sülh Mükafatı laureatı Malala Yusufzai bu gün (bazar günü) Pakistanda müsəlman ölkələrinin qızların təhsili ilə bağlı keçirilən sammitində İsrailin Qəzzada beynəlxalq hüququ və insan haqlarını pozmasını pisləməyə davam edəcəyini bildirib. ArabAZ xəbər verir ki, qızların təhsil hüququnu müdafiə edən gənc qadın sammitdə çıxışı zamanı deyib ki, “İsrail Qəzzada bütün təhsil sistemini məhv edib”.
“İsrail bütün universitetləri bombalayıb, məktəblərin 90 faizindən çoxunu dağıdıblar və məktəb binalarına sığınan mülki şəxslərə hücum edib.İsrailin beynəlxalq hüququ və insan haqlarını pozmasını pisləməyə davam edəcəyəm”-deyə o bildirib.
Yousafzai təhsil hüququnu müdafiə etdiyinə görə on beş yaşında olarkən pakistanlı radikallar tərəfindən güllələnib. Müalicə üçün Britaniyaya aparılıb,sağaldıqdan sonra bu sahənin görkəmli fəalına çevrilib və on yeddi yaşında Nobel Sülh Mükafatının ən gənc laureatı olub.