Dəməşq,ArabAZ
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bazar günü gecə İsrailin Suriyanın mərkəzindəki hərbi obyektləri hədəf alması nəticəsində azı 7 nəfər, o cümlədən 3 suriyalı mülki şəxs həlak olub.
ArabAZ xəbər verir ki, hücüm nəticəsində 15 nəfər yaralanıb. İsrailin hava hücumu əsasəm Həmanın qərbində həyata keçirilib.
Qeyd edək ki,2011-ci ildə Suriyada qarşıdurma başlayandan bəri İsrail rejim qüvvələrinin mövqelərini, İran hədəflərini və Hizbullah hədəflərini hədəf alan yüzlərlə hava hücumu təşkil edib. Bəşşar Əsəd rejimi İranın bölgədəki əsas müttəfiqlərindən biridir.