BEYRUT,ArabAZ

İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana hücumlarında ölənlərin sayı 2 min 367, yaralıların sayı isə 11 min 888-ə yüksəlib. ArabAZ xəbər verir ki,Livan Səhiyyə Nazirliyinə bağlı İctimai Səhiyyə Təcili Əməliyyat Mərkəzi tərəfindən dünən (çərşənbə) verilən açıqlamada, qeyd edilib ki, “İsrailin çərşənbə axşamı Livana hücumları nəticəsində 17 nəfər ölüb və 182 nəfər yaralanıb.
“Beləliklə, hücumun başladığı gündən çərşənbə axşamına qədər şəhidlərin sayı 2 min 367, yaralıların sayı isə 11 min 888-ə çatıb”-deyə Mərkəzdən bildirilib.

Livanın Təhsil və Ali Təhsil Nazirliyi bildirir ki, dövlət məktəblərinin 77 faizi ya kütləvi sığınacaq kimi istifadə edildiyinə, ya da birbaşa təsirlənmiş ərazilərdə yerləşdiyinə görə təhsil xidmətləri göstərə bilmir. Bundan əlavə, dövlət texniki və peşə təhsili tələbələrinin 40 faizi, Livan Universiteti tələbələrinin 57 faizi və özəl ali təhsil müəssisələrinin 32 faizi bombardmanlardan birbaşa təsirlənən ərazilərdə yerləşir.

Livanın Milli Xəbər Agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri dünən günortadan sonra Livanın şərqindəki Bekaa vadisindəki Şaat və Yunin qəsəbələri arasındakı Sarain qəsəbə düzənliyi və əl-Feyda məhəlləsini hədəf alan iki hava hücumu həyata keçirib. İsrailə həmçinin Cəbşid, Aba, Ayta əş-Şaab, əl-Adise, Mərvahin, əl-Kuze şəhərinin ətrafını da bombalayıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version