Bakı, ArabAZ
İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 43 fələstinli həyatını itirib.
ArabAZ xəbər verir ki, bu barədə Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyi açıqlama verib.
Hücumlarda 14-ü uşaq, 5-i qadın olmaqla 43 fələstinli həyatını itirib, 9-u uşaq olmaqla ən azı 30 nəfər yaralanıb.
İsrailin Rəfah şəhərindəki dərman anbarını hədəf alması nəticəsində Səhiyyə Nazirliyinin 4 əməkdaşı həlak olub.
Fələstinin Səhiyyə naziri Məcid Əbu Ramazan İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına etdiyi hücumlarda həlak olan tibb işçilərinin sayının 990-ı keçdiyini açıqlayıb.
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 391 fələstinli həyatını itirib, 95 min 760 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.