QÜDS,ArabAZ
İsrail ordusu Qəzza zolağında siyasi təbəqənin qəzəbinə səbəb olan “etnik təmizləmə” əməliyyatları həyata keçirir. ArabAZ xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Moşe Yaalon deyib. O qeyd edib ki, İsrailin tutduğu yol, ilhaq və etnik təmizləmə yoludur.
“Orada nə baş verir?” Artıq Beyt Lahia, Beyt Hanun yoxdur və ordu Cəbəliyə müdaxilə edir və əslində biz ərəbləri qovuruq”, – deyə o bildirib.
Qeyd edək ki, noyabrın 21-də Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Netanyahuya qarşı iki həbs qərarı çıxarıb və müdafiə naziri Yoav Qalantı Qəzzada insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə ittiham edib.
Məlumat üçün bildirək ki, Moşe Yaalon (74 yaş) İsrailin Qəzza zolağından birtərəfli qaydada çıxarılmasından əvvəl 2002-2005-ci illər arasında İsrail ordusuna rəhbərlik edib.
Yaalon Likud-a qoşulub və 2016-cı ildə Netanyahu ilə fikir ayrılıqlarından sonra istefaya getməzdən əvvəl müdafiə naziri və baş nazirin müavini olub.