BEYRUT,ArabAZ

İsrailin Livanın şərqinə reydləri zamanı azı 60 nəfər həlak olub,ArabAZ xəbər verir ki, bu haqda Livan Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir. İnsidenti Baalbek qubernatoru Bəşir Xader təsdiq edərək bu haqda  “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün eskalasiya başlayandan bəri “Baalbek üçün ən şiddətli gündür”-deyə o  “X” şəbəkəsində yazıb.

Qeyd edək ki, keçən aydan bəri İsrail Beyrut yaxınlığında, ölkənin cənub və şərqində Hizbullahın dayaq məntəqələri  hesab edilən ərazilərə hava zərbələrini gücləndirib və bir il ərzində Hizbullah ilə bombardmanlar mübadiləsi apardıqdan sonra Livanın cənubunda “məhdud” qurudan hücuma başlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq hazırladığı hesablamaya görə, bu, İsrailin sentyabrın 23-dən Livana basqınları nəticəsində ölənlərin sayının 1700-ü ötüb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version