Çərşənbə, 1 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » İXVANA xəbərdarlıq: İranla əməkdaşlıq bədəli ağır olacaq

İXVANA xəbərdarlıq: İranla əməkdaşlıq bədəli ağır olacaq

İyul 1, 2026 4:38 səhər
Paylaş
Paylaş

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Əş-Şərq Əl-Övsət” qəzetinə verdiyi eksklüziv bəyanatda Vaşinqtonun Afrika qitəsi üzrə indiyə qədərki ən geniş və aydın strateji planını açıqlayıb. ABŞ hökuməti Sudandakı “Müsəlman Qardaşlar” (İxvan) qruplaşmasına və onun İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) “təlim və dəstək” alan silahlılarına kəskin xəbərdarlıq edərək, rəsmi Tehrana bağlı olan bu qüvvələrə qarşı daha ağır sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Eyni zamanda Vaşinqton Liviya böhranı, Misir və Etiopiya arasındakı “Böyük İntibah” su bəndi münaqişəsi, eləcə də Mərakeşin Qərbi Sahara bölgəsindəki muxtariyyət planı ilə bağlı yeni diplomatik gedişlərini diqqətə çatdırıb.

Sudan böhranı və İranın regional təxribatları

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bəyan edib ki, Sudandakı dəhşətli münaqişənin heç bir hərbi həlli yoxdur və tərəflər dərhal ilkin şərt irəli sürmədən danışıqlar masasına oturmalıdır. Vaşinqton humanitar atəşkəsin təmin olunması və zorakılığı alovlandıran xarici hərbi yardımların dayandırılması üçün tərəfdaşları ilə aktiv iş aparır. Xüsusilə keçən ilin mart ayında ABŞ tərəfindən “qlobal terror təşkilatı” elan edilən Sudan “Müsəlman Qardaşlar” qruplaşmasının dinc sakinlərə qarşı həyata keçirdiyi kütləvi edamlar və radikal islamçı ideologiyanı yaymaq cəhdləri pislənilib.

Sənəddə qeyd olunur ki, terrorun dünyadakı əsas sponsoru olan İranın SEPAH xətti ilə maliyyələşdirdiyi “Əl-Bəra bin Malik” briqadası Sudandakı müharibədə birbaşa rol oynayır. Vaşinqton Misir, İordaniya, Livan və Sudandakı “Müsəlman Qardaşlar” qanadlarını terror siyahısına salmaqla bu şəbəkələrin resurslarını tamamilə kəsmək niyyətindədir. ABŞ Dövlət katibi Marko Rubionun xəbərdarlığına əsasən, bu qruplaşmaların fəaliyyəti daimi nəzarətdədir və lazım gəldikdə əlavə sanksiyalar qaçılmaz olacaq.

Liviya, “İntibah” bəndi və Qərbi Sahara diplomatiyası

ABŞ-nin regional siyasətində Liviya böhranının həlli də prioritet olaraq qalır. Prezident Trampın ərəb və Afrika məsələləri üzrə baş müşaviri Müsəd Bulusun irəli sürdüyü sülh təşəbbüsü Liviya Milli Ordusunun Baş Komandanlığı və yerli parlament tərəfindən müsbət qarşılanıb. Vaşinqton ölkədə vahid milli büdcənin qəbulunu və Liviya qüvvələrinin ABŞ-nin Afrikadakı Komandanlığının (AFRICOM) təlimlərində birgə iştirakını institutların birləşməsi yolunda mühüm uğur kimi qiymətləndirir.

Digər mühüm regional mövzular barədə ABŞ rəsmisi bunları qeyd edib:

Misir və Etiopiya münaqişəsi: Prezident Tramp Nil çayının Misir xalqı üçün həyati əhəmiyyətini tam dərk edir və hər iki tərəfin, eləcə də Sudanın uzunmüddətli su ehtiyaclarını təmin edəcək ədalətli vasitəçilik missiyasını davam etdirir.

Somalinin ərazi bütövlüyü: ABŞ Somalinin suverenliyini və tərkibinə “Somalilend” regionunun da daxil olduğu ərazi bütövlüyünü tam tanıyır. Bununla belə, İsrailin hər bir suveren dövlət kimi regionda diplomatik əlaqələr qurmaq hüququ rəsmən dəstəklənir.

Qərbi Sahra məsələsi: Tramp administrasiyası Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini yenidən təsdiqləyib və rəsmi Rabatın muxtariyyət təklifini münaqişənin yeganə real həlli yolu kimi qiymətləndirərək BMT-nin xüsusi elçisi Staffan de Misturanın fəaliyyətinə tam dəstək verdiyini bildirib.

Eyni zamanda, qitədə “Əş-Şəbab”, “Boko Haram” və İŞİD/Əl-Qaidə qruplaşmalarına qarşı AFRICOM tərəfindən Somalinin Puntland bölgəsində və Nigeriyada həyata keçirilən kəşfiyyat və hərbi zərbə əməliyyatlarının uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Rəsmi icazə olmadan Həcc ziyarəti qadağandır

Müəllif:
mail.azerpress@gmail.com
MisirRedaktorun seçimiSəudiyyə ƏrəbistanıŞimali Afrika

Dünyada ilk ərəb sünii peyki hazırlanır

Müəllif:
ArabAZ News
BƏƏKüveytOmanQətərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Məhəmməd bin Salman Körfəz liderlərini topladı

Müəllif:
ArabAZ News
LivanRedaktorun seçimiYaxın Şərq

İsrail ilə razılaşma Livanı daxili müharibəyə apara bilər-Bərri

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.