Bazar ertəsi, 6 İyl 2026
ArabAZ-Ən yaxın şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən yaxın şərqArabAZ-Ən yaxın şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Jorje Jezus Səudiyyə millisinə baş məşqçi gəlir?

Jorje Jezus Səudiyyə millisinə baş məşqçi gəlir?

İyul 6, 2026 9:12 səhər
Paylaş
Paylaş

Portuqaliyalı məşhur mütəxəssis, “ən-Nəsr”in sabiq baş məşqçisi Jorje Jezusun vəkili Luis Migel müvəkkilinin yaxın gələcəkdə yunanıstanlı Georgios Donisi əvəzləyərək Səudiyyə Ərəbistanı millisində sükan arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

ArabAZ xəbər verir ki, Mundialdakı uğursuzluqdan sonra, Krallığın ev sahibliyi edəcəyi “Körfəz kuboku-27” (Xəlici 27) və Asiya Kuboku turnirləri ərəfəsində Jezusun adı “Yaşıl şahinlər”in əsas namizədləri siyahısında ön plana çıxıb. Vəkil Luis Migel Səudiyyə Ərəbistanının “ər-Riyadiyyə” qəzetinə verdiyi açıqlamada yerli federasiya rəsmiləri ilə portuqaliyalı məşqçi arasında müəyyən təmasların olduğunu təsdiqləyib. Lakin o bildirib ki, bu söhbətlər yalnız ilkin rəsmi sorğu mərhələsində qalıb və hələlik tam hüquqlu danışıqlara çevrilməyib.

Səudiyyə Ərəbistanının Jezus planı və Braziliya xəyalı

“ən-Nəsr”lə yollarını ayırdıqdan sonra rəsmilərlə danışıqlar aparılsa da, hazırda masada rəsmi və konkret bir təklifin olmadığını vurğulayan vəkil, təcrübəli məşqçinin gələcək planlarından da danışıq.

“Jorje Jezus böyük ehtimalla karyerasını Portuqaliyada davam etdirmək istəyir. Hazırda onun qarşısında rəsmi bir klub təklifi yoxdur, lakin Qətər, Türkiyə və Braziliyadan gələn şifahi təkliflər mövcuddur. Növbəti mərhələdə nə baş verəcəyini gözləyirik”.-deyə o qeyd edib.

71 yaşlı portuqaliyalı mütəxəssisin “ən-Nəsr”dən ayrılmasından sonra klub onun yerinə “Tottenhem”in sabiq çalışdırıcısı, avstraliyalı Anj Postekoqlunu gətirmişdi. Səudiyyəli futbol funksionerləri isə 2026-cı il dünya çempionatında qrup mərhələsində mübarizəni dayandıran millini yerli futbol mühitinə yaxşı bələd olan bir məşqçiyə tapşırmaq niyyətindədirlər.

 Jezus Səudiyyə Ərəbistanında həm “əl-Hilal”, həm də “ən-Nəsr”lə böyük uğurlar qazandığı üçün bu posta ən real namizəd sayılır. Lakin yayılan iddialara görə, təcrübəli mütəxəssis hazırda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialdan sonra Braziliya və ya Portuqaliya millilərində yarana biləcək boşluğu gözləyir və karyerasını nəhəng yığmalardan birində tamamlamaq istəyir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Səudiyyə Hava Yolları sanksiya iddialarını təkzib etdi

Müəllif:
ArabAZ News
Arab+ArabShow

İman Həmam Mərakeş millisinin qələbəsini belə qeyd etdi

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Keniyadan işçi qəbulunu rəsmiləşdirdi

Müəllif:
ArabAZ News
Səudiyyə ƏrəbistanıSuriya

Ciddədə Səudiyyə-Suriya danışıqları baş tudu

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən yaxın şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.