QÜDS,ArabAZ
İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, o, İsrail ordusuna girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmazsa, Qəzzada HƏMAS-ı tam məğlubiyyətə uğradacaq plan hazırlamağı əmr edib. ArabAZ xəbər verir ki, bu haqda Katz ofisindən verilən açıqlamada deyilir.
“Prezident Trump vəzifəyə gələnə qədər girovlarla bağlı razılaşma əldə olunmasa, HƏMAS Qəzzada tamamilə məğlub edilməlidir”, – deyə açıqlamada deyilir.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada girovlarla bağlı razılığın əldə edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlar gedir.
ABŞ Dövlət Katibi Entoni Blinken İsrail və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi razılaşmasının “çox yaxın” olduğunu söyləyib.
Keçən may ayında ABŞ prezidenti Co Bayden üç mərhələdən ibarət plan təqdim edib ki, bu plana İsrail həbsxanalarında olan fələstinli məhbuslarla israilli məhbusların mübadiləsi və Qəzza zolağında daimi atəşkəs daxildir.