ƏR-RİYAD,ArabAZ
Krallığın yardım agentliyi KSrelief, Mərakeş və Əfqanıstanda görmə problemləri olan insanlara kömək edib. ArabAZ xəbər verir ki , KSrelief ilə həyata keşilirən layihələr Səudiyyə Ərəbistanının Könüllü “Nur” layihəsinin bir hissəsidir.
Mərakeşin Bulemane şəhərində KSrelief komandası 24-31 oktyabr tarixləri arasında 5 min 120 nəfəri müayinə edib, ümumilikdə 1050 cüt eynək paylayıb və 482 xüsusi əməliyyat həyata keçirib.
Əfqanıstanın Kabil şəhərində könüllülər Ümumdünya Görmə Fondu ilə əməkdaşlıq edərək oktyabrın 27-dən noyabrın 1-dək 4 min 160 xəstəni müayinə edib və 442 xüsusi cərrahiyyə əməliyyatı həyata keçiriblər.
Görmə qüsurlu insanlar üçün layihələr Krallığın humanitar qolu olan KSrelief vasitəsilə həyata keçirilən könüllü tibbi təşəbbüslərin bir hissəsidir.