Beyrut,ArabAZ
Livanın müvəqqəti baş naziri Nəcib Mikati bu gün (çərşənbə günü) “Milli Fəlakət və Böhranlara Cavab Əməliyyatları Koordinasiya Komitəsi” ilə görüşüb və burada İsrailin hücumlarının davam edəcəyi təqdirdə “mümkün ssenariləri” müzakirə edib. ArabAZ xəbər verir ki, görüş Livanın Hizbullah hərəkatının üzvləri tərəfindən istifadə edilən peycer radio rabitə cihazlarının bütün Livanda partladılması fomnunda keçirilib.
Komitəyə rəhbərlik edən Livan ətraf mühit naziri Nasser Yassin, kifayət qədər sığınacaq təmin etməyə çalışdıqlarını və Təhsil Nazirliyinin təmin edə biləcəyi 100-ə yaxın məktəbin də bu sığınacaqlar arasında yer aldığını bildirib.
Qida tədarükü ilə bağlı Yasin, “Ərzaq ehtiyatı 3 aydan çoxdur ki, təmin olunub və təxminən 40 min ton taxıl və unla dolu bir gəminin də yaxın günlərdə Beyrut sahillərində lövbər salacağını deyib.