QÜDS,ArabAZ

İsrail bazar ertəsi Livanda atəşkəslə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirməsinə baxmayaraq, İranın dəstəklədiyi qrup hər hansı yeni atəşkəs təklifi almadığını bildirib. İsrail isə bu açıqlamdan sonra Rusiyanın Hizbullahın Suriya üzərindən silahlandırılmasını dayandırmaqla böyük rol oynaya biləcəyini bildirib.

İsrailin hücumundan məyus olan Hizbullah Tehran, Vaşinqton və Moskvadakı himayədarları ilə diplomatik təmasların davam etdiyini, eyni zamanda döyüşməyə hazır olduğunu təkrarlayaraq, “uzun müharibə” üçün kifayət qədər silaha malik olduğunu bildirib.

Qüdsdə İsrailin xarici işlər naziri Gideon Saar Hizbullaha qarşı müharibənin hələ bitmədiyini bildirib.

Livanda atəşkəsi təmin etmək üçün ABŞ-ın rəhbərlik etdiyi diplomatiyanın nəticəsiz keçən əvvəlki raundlarından sonra şərhlər, prezident Co Baydenin yanvarda vəzifəsini tərk etməyə hazırlaşdığı və yeni seçilmiş prezident Donald Trampın onu əvəzləməyə hazırlaşdığı bir vaxtda bu məsələyə diqqətin təzələndiyini göstərir.

Qəzza zolağında atəşkəsə dair ümidlər bu arada uğursuzluğa düçar oldu, Qətər vasitəçilik rolunu dayandırdı.

Qəzza müharibəsi ilə alovlanan Livan-İsrail sərhədindəki qarşıdurma İsrailin sentyabrın sonunda hücuma keçməsi ilənəticələndi.

Saar İsrailin ABŞ ilə atəşkəs üzərində işlədiyini bildirib. İsrail Hizbullahın Litani çayının şimalında – sərhəddən təxminən 20 mil (30 km) aralıda olmasını və yenidən silahlanmamasını istəyir.

Saar deyib ki, istənilən razılaşmanın əsas prinsipi Hizbullahın Suriyadan Livana silah gətirə bilməyəcəyi olmalıdır. “Bu, Livandakı istənilən razılaşmanın uğuru üçün çox vacibdir”-deyə o bildirib.

Ruslar, bildiyiniz kimi, Suriyada mövcuddur. Əgər onlar bu prinsiplə razı olsalar, düşünürəm ki, bu məqsədə səmərəli töhfə verə bilərlər.

Rusiya Suriyadakı vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləmək üçün təxminən on il əvvəl Suriyaya qoşun yeritdi. Hizbullah həmçinin Əsədə kömək etmək üçün döyüşçülər göndərdi və İranın dəstəklədiyi digər qruplarla birlikdə yerdə böyük təsir bağışladı.

Suriya İranın Livandakı Hizbullaha silah tədarükü üçün əsas kanal kimi qəbul edilir və İsrail münaqişə zamanı Suriyadakı hədəfləri müntəzəm olaraq vurur.

Bazar ertəsi İsrailin hava hücumu Suriyanın əsas Homs-Dəməşq magistral yolunu bombalaması nəticəsində, yol müvəqqəti olaraq bağlanıb.

Beyrutda Hizbullah rəsmisi Məhəmməd Afif intensivləşmiş siyasi əlaqələri ABŞ rəhbərliyinin yaxınlaşan dəyişikliyi ilə əlaqələndirib və “Vaşinqton,Moskva, Tehran və bir sıra paytaxtlar arasında böyük hərəkətlilik müşahidəı edilir”-deyib.

“Livanda sülhlə əlaqəli müxtəlif söhbətlər eşidirik, lakin məndə olan məlumata görə, bu günə qədər Livana və ya bizə rəsmi heç nə çatmayıb”-deyə Hizbullah rəsmisi bildirib.

İsrailin ən çox satılan qəzeti Yedioth Ahronoth bazar ertəsi verdiyi xəbərə görə, İsrail və Livan ABŞ-ın nümayəndəsi Amos Hokşteyn vasitəsilə tükliflər mübadiləsi aparıblar ki, bu da yekun razılığa gəlmək səylərində irəliləyişə işarə edir.

Hizbullahın da daxil olduğu Livan hökuməti dəfələrlə BMT-nin 2006-cı ildə qruplaşma ilə İsrail arasında müharibəyə son qoyan Qətnaməsinin tam icrasına əsaslanaraq atəşkəsə çağırıb.

Lakin, hal-hazırda Livan və İsrail bir-birini qətnaməni pozmaqda ittiham edib.

İsrail deyir ki, onun başlatdığı hərbi kampaniyası 2003-cü il oktyabrın 8-də HƏMAS-la həmrəy olaraq Hizbullah tərəfindən atılan raketlər səbəbindən şimalı təxliyə etmək məcburiyyətində qalan on minlərlə insanın evlərinə qayıtmasını təmin etməkdir.

İsrailin hücumu son 7 həftədə Livanda 1 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib. Bir il əvvəl hərbi əməliyyatların başlanmasından bəri İsrailin hücumları Livanda 3 min 189-dan çox insanın ölümünə səbəb olub.

Son bir ildə Hizbullahın hücumları İsrailin şimalında, yəhudilərin işğal etdiyi Colan təpələrində və Livanın cənubunda 100-ə yaxın mülki vətəndaş və əsgərin ölümünə səbəb olub.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version