Bakı, ArabAZ
Livanda peycer partlayışları nəticəsində doqquz nəfər ölüb
ArabAZ xəbər verir ki, bu barədə yerli mənbələr paylaşım edib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, Livanda ünsiyyət üçün istifadə etdikləri peycerlərin partlaması nəticəsində 9 nəfər həlak olub, Hizbullah döyüşçüləri, tibb işçiləri və İranın Beyrutdakı nümayəndəsi də daxil olmaqla 2800-dən çox adam yaralanıb.
İsrail və İranın dəstəklədiyi Hizbullah ötən ilin oktyabrında başlayan Qəzza müharibəsi ilə paralel olaraq sərhədlərarası müharibə aparır ki, bu da son illərdə ən pis eskalasiyadır.
Hizbullah öz bəyanatında iki döyüşçüsü də daxil olmaqla ən azı doqquz nəfərin öldüyünü təsdiqləyib.
Məlumata görə, öldürülən döyüşçülərdən biri Livan parlamentinin Hizbullah üzvünün oğludur.