Bakı, ArabAZ
Livanda peycer partlamaları son dərəcə narahatlıq doğurur.
ArabAZ xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
“Bu hadisə brifinqdən bir qədər əvvəl cərəyan edirdi. Biz Beyrutda və Livanın digər yerlərində baş verənlərdən xəbərdarıq. Hadisələrin son dərəcə dəyişkən bir kontekstdə baş verdiyini nəzərə alsaq, baş verən partlayışlar son dərəcə narahatlıq doğurur.” – deyə o qeyd edib.
Düjarrik bildirib ki, BMT-nin mediada yazılanlardan daha çox məlumatı yoxdur.
Xatırladaq ki, Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.