DERNA,ArabAZ
Dernada baş verən və minlərlə insanın ölümünə səbəb olan seldən bir il sonra Liviyanın sahil şəhəri ümid mesajı ilə teatr festivalına ev sahibliyi edir.ArabAZ xəbər verir ki, Derna Festivalının bədii rəhbəri Nizar Əl-Anid, şəhərdə teart binasının tikintisi başa çatmasa da, təşkilatşçıların teart festivalını keşirməkdə israrlı olduğunu bildiriblər.
Liviyadan beş, qonşu Misir və Tunisdən isə bir teatr truppası ilə tədbir ərəb dünyasından sənətçiləri, komediyaçıları və qonaqları özünə cəlb edib.
Tunisli komediya ustası Abir Smiti tədbirdə ilk dəfə olduğunu bildirib.
“Mənim üçün Derna bir kəşfdir. Bura ilk dəfə gələndə daşqınların yaşatdığı acını hiss etmək olur, lakin ümidin ölmədiyini görürsən” -deyə o bildirib.
Bir vaxtlar təxminən 120,000 sakinin yaşadığı Dernada keçən il sellər və daşğınlar təxminən 4 min nəfərin ölümünə, minlərlə insanın itkin düşməsinə və 40 mindən çox insanın evindən didərgin düşməsinə səbəb olub.
Liviya hələ də uzun müddət Müəmmər Qəddafini devirən 2011-ci ildə NATO-nun dəstəklədiyi qiyamın nəticələri ilə mübarizə aparır.
Sonrakı xaos cihadçı hərəkatların artmasına səbəb oldu, Derna 2018-ci ilə qədər qovmadan əvvəl Əl-Qaidə və daha sonra İŞİD qrupunun nəzarəti altına keçdi.
Şimali Afrika ölkəsi iki rəqib administrasiya arasında bölünmüş vəziyyətdə qalıb.
Bölmələr fövqəladə hallara reaksiya və yenidənqurma işlərini olduqca çətinləşdirib.