Beyrut,ArabAZ
Almaniyanın Lufthansa aviaşirkəti bu gün Yaxın Şərqdəki gərginlik səbəbindən Beyruta uçuşları oktyabrın 15-dək dayandıracağını açıqlayıb. ArabAZ xəbər verir ki,bu qərar Qəzza zolağından kənarda regionda müharibə qorxusunu artıran İsrail və İran arasında gərginlik fonunda qəbul edilib.
Uşuçların dayandırılması qərarı sentyabrın sonuna qədər qüvvədə idi. Aviaşirkət regionda artan təhlükəsizlik riskləri səbəbindən iyulun sonundan etibarən Livan paytaxtına uçuşları dayandırmışdı. Digər tərəfdən, AFP-nin məlumatına görə, Eurowings, Austrian Airlines, Swiss və Brussels Airlines daxil olmaqla qrupun İsrailin Təl-Əvivə uçuşları sentyabrın 5-də bərpa edilib.