Bakı,ArabAZ
Dünya şöhrətli Livan müğənnis Məcidə Əl Rumi ( ərəb : ماجدة الرومي برادعي ) 1956-ci il 13 dekabrda doğulub. O Livan-Misir soprano müğənnisidir və Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir .
Macidə müsahibələrində əslənm Misirli olduğunu söyləyib və babasının vaxtilə Qahirədə dərzi işlədiyini deyir. Atası Halim Əl Rumi Cənubi Livanın Tire şəhərində anadan olub və xristiandır. Lakin daha sonra Halim 1919-cu iləd Fələstinin Hayfa şəhərinə köçüb.
Hayfada olduğu zaman Halimin evi bir çox müğənni və sairlərin görüş yeri idi və bu da öz növbəsində Məcidəyə təsirsiz ötüşmədi.
Məcidə hələ uşaq ikən dünya şöhrətli Ummu Gülsüm və Feyruzun mahnılarını ifa edirdi.Məcidənin əmisi oğlu Raymond Safadi 16 yaşında onun musiqi qabiliyyətini görüb düşünürdü ki, o, müğənnilik peşəsi ilə məşğul olmalıdır.
Məcidənin ilk televiziya çıxışı 1974-cü ildə oldu.
Daha sonra Məcidə Livan Universitetini bitirərək ərəb ədəbiyyatı üzrə bakalavr dərəcəsi alıb . 1975-ci ildə Majida Livan şairi Səid Akl və musiqiçi Elias Rahbani ilə əməkdaşlıq edərək ilk “Am Behlamak” (Səni sevirəm ) mahnısını buraxdı . 1975-ci ilin aprelində Livanda vətəndaş müharibəsi başlayanda çıxan mahnı çox məşhur idi.
1976-cı ildə ilk albomu Wadaa (Əlvida) çıxardıqdan sonra Məcidə misirli kinorejissor Yusuf Şahinin diqqətini çəkdi . O, Hişam Salimlə birlikdə özünün ilk və yeganə filmi “Əvdat Al Ibn Al Dal (İtkin oğulun qayıdışı) filmində rol aldı və saundtrekin üç mahnısını ifa etdi.
Məcidə daha sonra Antuan Dafone ilə evləndi və daha sonra ərinin xəyanətinə görə ondan ayrıldı. Məcidənin Hala və Nur adlı iki qızı var.
2001-ci ildə Macidə əl Rumi Livanlı rəssam və yazıçı Cibran Xəlil Cibran tərəfindən yazılmış Dam’ə va İbtisama (Göz yaşı və Təbəssüm) sözlərindən ibarət “Naşid əl Hubb” (Sevgi himni) adlı sinqlı buraxdı .