Cümə, 3 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » İman Həmam Mərakeş millisinin qələbəsini belə qeyd etdi

İman Həmam Mərakeş millisinin qələbəsini belə qeyd etdi

İyul 2, 2026 5:25 səhər
Paylaş
Paylaş

Niderland-Mərakeş-Misir əsilli məşhur supermodel İman Həmam (Imaan Hammam) Fransanın lüks moda evi “Jacquemus”un Korsika adasındakı tarixi “Phare de la Pietra” mayakının ətəklərində keçirilən “Le Bonheur” (Xoşbəxtlik) adlı yaz/yay 2027 dəb nümayişində podiuma çıxıb. Aralıq dənizinin möhtəşəm mənzərəsində reallaşan bu eksklüziv şouda İman Həmam kolleksiyanın dəniz sahilindən ilhamlanaraq hazırlanan minimalist, xalis ağ rəngli unikal libasını nümayiş etdirib. 2013-cü ildə Parisdə “Jean Paul Gaultier”in yüksək dəb (couture) şousu ilə karyerasına başlayan və bu gün “Chanel”, “Versace”, “Prada”, “Balenciaga” kimi nəhənglərin siması olan model, podiumdakı peşəkarlığı ilə növbəti dəfə dəb dünyasını heyran qoyub.

ArabAZ yazır ki, Dəb arenasında uğurla addımlayan İman Həmam, eyni zamanda futbol üzrə dünya çempionatında tarixi uğura imza atan Mərakeş milli komandasına olan böyük dəstəyi ilə də diqqət çəkib. Belə ki, Monterreydə keçirilən və əsas vaxtı 1:1 hesabı ilə başa çatan dramatik oyunda Mərakeş yığmasının Niderlandı penalti seriyasında məğlub edərək 1/16 mərhələsinə yüksəlməsini model böyük coşqu ilə qarşılayıb. Özünün rəsmi İnstaqram hesabında paylaşım edən ulduz model, “Cəmi 3 saatlıq yuxu ilə qalmışam, amma mənəvi olaraq tamamilə enerji doluyam. Çünki Mərakeş qazandı və mən evə gedirəm” sözləri ilə sevincini milyonlarla izləyicisi ilə bölüşüb. Bundan əvvəl Mərakeşin Bostonda Şotlandiyaya 1:0 hesabı ilə qalib gəldiyi qrup matçını da stadiondan canlı izləyən və Braziliya ilə heç-heçədən sonra komandası ilə fəxr etdiyini bildirən İman Həmam, hər zaman olduğu kimi öz ərəb və Şimali Afrika köklərini qlobal platformalarda qürurla təmsil etməyə davam edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+

Qətərdə marafon hazırlığına start verilir

Müəllif:
ArabAZ News
Arab+ArabLyricsRedaktorun seçimi

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

Müəllif:
ArabAZ News
Arab+ArabShow

HINDAMME Moda və tarixi qovuşdurur

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Yasmin ərəb dünyasının moda ikonuna necə çevrildi?

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.