KUALALUMPUR,Arab.Az,Hafiz Rufizoğlu
Ərəb Dili Həftəsi çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetində Əlcəzair mədəniyyəti və tarixi nümayiş etdirilib.
Bu barədə ArabAz-ın Malayziyadakı müxbiri məlumat verib.
Əlcəzair Səfirliyinin dəstəyi ilə hazırlanan guşədə, Əlcəzair tarixini əks etdirən kitablar, milli geyimlər, Əlcəzair sənətkarlarının hazırladığı mis məmulatlar və tanınmış rəssam Mohamed Racimin rəsm kolleksiyası nümayiş etdirilib.
Əlcəzair tarixi və mədəniyyəti sərgidə iştirak edənlər tərəfindən böyük marağa səbəb olub.
Məlumat üçün qeyd edək ki, sərgi beş gün ərzində davam edib.
Sərgidə Əlcəzair, Azərbaycan, Yəmən, Hindistan, Fələstin və digər ölkələrin mədəniyyətləri də nümayiş etdirilib.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2025 Bütün haqları qorunur. AzərPress.