QAHİRƏ,ArabAZ
Qahirə İsrailin İrana hava hücumu da daxil olmaqla, Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən ciddi narahatdır və regional sabitliyi təhdid edən bütün tədbirləri pisləyir. ArabAZ xəbər verir ki, bu haqda Misir Xarici İşlər Nazirliyinin şənbə günü bəyanatında deyilir.
“Misir Yaxın Şərqdə eskalasiyanın sürətlənməsini ciddi narahatlıqla izləyir və sonuncusu bu səhər İsrailin İrana hücumu olub və regionun təhlükəsizliyini və sabitliyini təhdid edən bütün hərəkətləri pisləyir”-deyə nazirliyin açıqlamasında deyilir.
İsrail ordusu İranın bu ayın əvvəlində İsrailə atdığı ballistik raketlərə cavab olaraq şənbə günü səhər saatlarında bir sıra hava hücumları ilə İrandakı hərbi hədəflərə hücum edib.
Qeyd edək ki, Misirin “EgyptAir” milli aviadaşıyıcısı regional hadisələrə əsaslanaraq şənbə günü İraqın paytaxtı Bağdad və şimalındakı Ərbil şəhərinə uçuşları ləğv etdiyini bildirib.
Şənbə günü İordaniyanın paytaxtı Əmmana reys də ləğv edilib, EgyptAir, dayandırmanın vəziyyət sabitləşənə qədər davam edəcəyini söyləyib.