Qahirə,ArabAZ
Misir heç vaxt Rəfah keçidinin istismar qaydalarına edilən hər hansı dəyişikliyi qəbul etməyəcək,ArabAZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında Misir Xarici İşlər Naziri Bədr Əbdülətti deyib.
O qeyd edib ki, Misir Rəfah keçidinin Fələstin tərəfində və ya Misir-Qəzza sərhədindəki Filadelfiya dəhlizində İsrailin hər hansı hərbi mövcudluğunu tamamilə rədd edir.
Mayın 7-də İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edərək , 2005-ci ildə İsrailin əsgərlərini və mühacirlərini zolağından çıxarmasından sonra ilk dəfə Qəzza ilə Misir arasındakı Rəfah keçidinin Fələstin tərəfini ələ keçirdi.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2025 Bütün haqları qorunur. AzərPress.