Ankara,ArabAZ
2024-cü ilin yanvar-avqust aylarında Misir vətəndaşları Türkiyədə 224 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 85 obyekt azdır.
ArabAZ xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin avqust ayında Misir vətəndaşları Türkiyədə 32 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 6 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə 806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min 257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,2 faiz azdır.
Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2025 Bütün haqları qorunur. AzərPress.