Qahirə,ArabAZ

Misir Prezident Əbdülfəttah Sisi və İraq Baş naziri Məhəmməd Şia Əl-Sudani Qəzzada humanitar böhrana son qoymağa, atəşkəs razılaşmasına çağırıb. ArabAZ xəbər verir ki tərəflər arasında görüş Qahirəbəd keçirilib.

İki lider beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün ciddi təzyiq göstərməyə və İsrailin işğal olunmuş İordan çayının qərb sahilində davam edən eskalasiyasına son qoymağa çağırıb.

Onlar həmçinin Fələstin xalqının 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət qurmaq üçün qanuni və ədalətli hüququna nail olmasını təmin etmək üçün əsl siyasi prosesin başlanmasını tələb ediblər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version