Qahirə,ArabAZ
İsrailin baş naziri Binyamin Netanyahunun qüvvələrini Qəzza ilə Sinay arasındakı Filadelfiya dəhlizində saxlayacağıı haqqında dedikləri Misirin kəskin etirazına səbəb olub. ArabAZ xəbər verir ki, buna cavab olaraq Misir rəsmilər İsraili müharibənin genişlənməsində maraqlı olduğunu bildiriblər.
Qeyd edək ki, İsraildə məhbus mübadiləsi sazişinin bağlanmasını tələb edən etirazlardan sonra Netanyahu bazar ertəsi gecə etdiyi çıxışda “Filadelfiya dəhlizindən geri çəkilməkdən” imtina edib. Baş nazirin bu açıqlaması əslində İsrail və Misir arasında 1979-cu ildə imzalanmış sülh sazişinin pozulmasıdır.
Misir Xarici İşlər Nazirliyi dünən cavab verərək bildirib ki, Netanyahu “İsrail ictimai rəyini yayındırmaq, atəşkəs razılaşmasına mane olmaq, girov və məhbusları dəyişdirmək və vasitəçilik səylərinə mane olmaq üçün Misirin adından istifadə etməyə çalışıb”.