QAHİRƏ,ArabAZ
Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
ArabAZ-ın məlumatına görə, bu barədə EFE agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Toqquşma Qahirədən 250 km aralıda baş verib; ilkin məlumatlara görə, bir neçə vaqon kanala düşüb, 20 nəfər xəsarət alıb.
Hadisə yerinə 23 təcili tibbi yardım maşını göndərilib.