QÜDS, ArabAZ

Rəsmi olaraq Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu kimi tanınan Mossad, ölkənin ilk baş naziri David Ben-Qurion tərəfindən 1949-cu ildə, İsrail Dövlətinin qurulmasından cəmi bir neçə ay sonra yaradılıb.

Mütəxəssislərin fikrincə İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad ABŞ-ın CIA və İngiltərənin MI6-sı ilə bənzərdir. Fərq ondadır ki, Mossad daha geniş səlahiyyətlərə malikdir.

Agentliyin missiyası “kəşfiyyat məlumatları toplamaq, təhdidlərin qarşısını almaq, həmçinin İsrail Dövləti ilə yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir”.

Mossad-ın internet saytında yazılan yazıda Mossadın “cəsarət, müdriklik və hiyləgərliklə xaricdə gizli fəaliyyətlər həyata keçirə bilən cəmiyyətin ən istedadlı şəxslərinə arxalanacağını” bildirilir.

Agentliyin məxfiliyinə o qədər diqqət edilirdi ki, 1990-cı illərə qədər yüksək vəzifəli şəxslərinin adları onların səlahiyyət müddəti bitənə qədər açıqlanmırdı.

Mossadın vəzifə başında olarkən kimliyi ictimaiyyətə açıqlanan ilk direktoru Denni Yatom olub.

CİA və Mİ6-dan fərqli olaraq, Mossad İsrail diplomatiyasında və xüsusilə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrlə münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır.

Mossad-ın keçmiş direktoru Yatom “Le Grand Continent” jurnalına verdiyi müsahibədə bu məlumatı təsdiqləyərək, “Mossad Mərakeş və digər Şimali Afrika ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasına rəhbərlik etdi” deyib..

Keçən əsrdən bu yana həyata keçirilən bir çox uğurlu əməliyyat Mossada istinad edilmişdi.

Mossad İkinci Dünya müharibəsindən sonra yəhudi soyqırımında iştirak edən nasistlərin ovuna başlamışdı.

Nasist zabiti Adolf Eichmannın tutulması

1960-cı ildə nasist zabiti Adolf Eichman Mossadın keçirdiyi əməliyyatla Argentinadan qaçırıldı.

Holokostun əsas memarlarından biri olan Eichmann İkinci Dünya Müharibəsi zamanı zamanı nasist əsir düşərgələrində yəhudilərə edilən zülmlərdən dolayı məsuliyyət daşıyırdı. Bu düşərgələrdə təxminən altı milyon yəhudi nasist Almaniyası tərəfindən öldürülmüşdü.

Eyxman gizli yolla Argentinada məskunlaşmışdı.

14 agentdən ibarət Mossad komandası təqib etdikləri keçmiş zabiti Argentinadan qaçıraraq İsrailə apardı. Eichman İsraildə məhkəmə qərarı əsasında edam edildi.

Entebbe əməliyyatı

1976-cı ildə Uqandada həyata keçirilən Entebbe əməliyyatı İsrailin ən uğurlu hərbi missiyalarından biri hesab olunur.

Mossadın təqdim etdiyi kəşfiyyat məlumatları əsasında İsrail ordusu əməliyyat keçirib.

Fələstinin Xalq Azadlığı Cəbhəsinin iki üzvü iki almanla birlikdə Parisə gedən təyyarəni qaçıraraq Uqandaya aparıb. Silahlı dəstə Entebbe hava limanında sərnişinləri və ekipaj üzvlərini girov saxlayıb.

İsrail əsgərləri hava limanına basqın edərək, 100 israilli və yəhudi girovu xilas etmişdi.

Bu hadisədə üç girov, təyyarəni qaçıranlar, bir neçə Uqanda əsgəri və İsrailin hazırkı baş naziri Benyamin Netanyahunun qardaşı Yonatan Netanyahu həyatını itirir.

Qardaşlar əməliyyatı

1980-ci illərin əvvəllərində İsrailin keçmiş baş naziri Menahem Beginin göstərişi ilə Mossad 7000-dən çox efiopiyalı yəhudini gizli yollarla Sudan vasitəsilə İsrailə qaçırıb.

Sudan Ərəb Liqasına daxil idi. Bu səbəbdən İsrail Sudana düşmən nəzəri ilə yanaşırdı. Mossad agentlərindən ibarət bir qrup Sudanın Qırmızı dəniz sahilində binaya yerləşərək buradan kəşfiyyat məlumatlarının toplanması üçün baza kimi istifadə etdi.

Mossad agentləri gündüzlər otel işçisi kimi fəaliyyət göstərir, gecələr isə qonşu Efiopiyadan gizli yolla gələn yəhudiləri hava və dəniz yolu ilə ölkədən çıxarırdılar.

Əməliyyat ən azı beş il davam etdi. Daha sonralar əməliyyat üzə çıxsada Mossad agentlərini ələ keçirə bilməmişdilər.

Münhen Olimpiadasında oğurlanan İsrailli komanda üzvlərinin qisası

1972-ci ildə Fələstinin “Qara Sentyabr” silahlı qruplaşması Münhen Olimpiadasında İsrail komandasının iki üzvünü öldürərək 9 nəfəri əsir götürür.

İdmançılar daha sonra Qərbi Almaniya polisi idmançıları xilas etməyə çalışsada əməliyyat uğurlu keçmir, idmançılar öldürülür.

Sonrakı illərdə Mossad hücumda iştirak etdiyi düşünülən şəxslərə qarşı silsilə əməliyyat keçirir. Hədəfə alınanlar arasında Mahmud Həmşəri də var idi.

O, Parisdəki mənzilində telefonuna yerləşdirilmiş partlayıcı qurğunun partladılması ilə öldürülmüşdü.

1996-cı ildə keçirilən oxşar əməliyyatla HƏMAS-ın mühüm bomba istehsalçılarından biri olan Yəhya Ayyaş “Motorola Alpha” markalı mobil telefonuna yerləşdirilən 50 qramlıq partlayıcının işə düşməsi nəticəsində öldürülmüşdü.

HƏMAS-ın hərbi qanadının tanınmış lideri Ayyaş bomba istehsalında həmçinin İsrail hədəflərinə kompleks hücumlar təşkil etməkdə mühüm təcrübəyə sahib idi.

Bu, onu İsrail tərəfindən ən çox axtarılan adamlar siyahısına daxil etdi.

2019-cu ilin sonlarında İsrail sui-qəsdin bir qisim təfərrüatlara qoyulan senzuranı qaldırdı. Ayyaşın atası ilə son telefon danışığının səs yazısını ölkədə yayımlanan İsrailin 13 TV kanalında Ayyaşın atası ilə son telefon danışığının səs yazısı yayımladı.

Həm Həmşərinin, həm də Ayyaşın öldürülməsi Mossadın sui-qəsdlərin təşkilində qabaqcıl texnologiyalardan istifadə etdiyini göstərir.

2010-cu ildə HƏMAS-ın yüksək rütbəli hərbi lideri Mahmud Əl Mabhuh Dubayda bir oteldə sui-qəsd nəticəsində öldürüldü.

Əvvəlcə təbii ölüm kimi görünsə də, Dubay polisi kamera görüntülərini araşdırdıqdan sonra sui-qəsdi təşkil edən qrupu təyin edə bildii.

Daha sonra polis Əl Mabhuhun elektrik cərəyanı vuraraq öldürüldüyünü, sonra isə boğulduğunu açıqladı.

Əməliyyatın Mossad tərəfindən təşkil edildiyi güman edilirdi. Baş verən bu hadisə Birləşmiş Ərəb Əmirliklərində sərt reaksiyalara səbəb oldu.

Bununla belə, İsrail diplomatları hücumda Mossadın əli olduğuna dair heç bir sübutun olmadığını bildiriblər.

Ciddi diplomatik böhrana səbəb olan Mossad əməliyyatlarından biri İsrailin 1997-ci ildə İordaniyada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xalid Məşəli zəhərləmək cəhdi olub.

İsrail agentləri ələ keçir, əməliyyat uğursuz olur.

Bu sui-qəsd İordaniya ilə İsrail arasında münasibətlərdə gərginləşdirir.

Diplomatik böhranı aradan qaldırmaq üçün İsrail antidotu verməyə məcbur olur.

Bu məqsədlə Mossadın o vaxtkı rəhbəri Denni Yatom Meşala İordaniyaya uçur.

HƏMAS lideri Mahmud Əl Zahar

2003-cü ildə İsrail Qəzza şəhərində Həmas lideri Mahmud Əl-Zaharın evini hədəf alan hava hücumu həyata keçirir.

Əl Zahar hücumdan sağ çıxsa da, həyat yoldaşı və oğlu Xalid bir neçə nəfərlə birlikdə həlak olur.

Lavon hadisəsi

1954-cü ildə Misir hakimiyyəti İsrailin Susanna əməliyyatı kimi tanınan əməliyyatının qarşısını alır.

Uğursuz missiya İngiltərəni Süveyş kanalında qalmağa məcbur etmək üçün Misirdəki Amerika və Britaniya obyektlərinə bomba yerləşdirmək idi.

Hadisə o vaxt İsrailin müdafiə naziri olan Pinhas Lavonun adını daşıyan Lavon işi kimi tanınırdı.

Onun əməliyyatın planlaşdırılmasında iştirak etdiyi güman edilirdi.

Yom Kippur müharibəsi

6 oktyabr 1973-cü ildə Misir və Suriya Sinay yarımadasını və Qolan təpələrini geri almaq üçün İsrailə qəfil hücum həyata keçirdi.

Yəhudilərin Kəffarə Günü olan Yom Kippura etdiyi qəfil hücum İsraili sarsıtdı.

Misir və Suriya iki cəbhədən hücuma keçdi.

Misir qüvvələri az itki ilə Süveyş kanalını keçdi. Suriya qüvvələri İsrail mövqelərinə hücum edərək Qolan təpələrinə çatdılar.

Sovet İttifaqı Suriya və Misirə, ABŞ isə İsrailə ərzad dəstəyi verməyə başladı.

İsrail Misir və Suriyanın hücumlarını dayandıra bildi. Müharibə Birləşmiş Millətlər Təşkilatının hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməsindən dörd gün sonra oktyabrın 25-də başa çatdı.

7 oktyabr 2023-cü il hücumu

Təxminən 50 il sonra İsrail yenidən qəfil hücuma məruz qaldı.

HƏMAS 2023-cü il oktyabrın 7-də Qəzza sərhədinə yaxın İsrail şəhərlərinə hücum etdi.

Analitiklərin fikrincə Mossadın ediləcək hücumu öncədən öyrənib qarşısımnı ala bilməməsi imicinə ciddi xələl gətirdi.

İsrail rəsmiləri oktyabrın 7-də baş verən hücumda əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 nəfərin öldüyünü bildirir. Qalan 251 nəfər isə girov kimi Qəzzaya aparılıb.

HƏMAS-ın hücumuna cavab olaraq İsrail Qəzza zolağına müharibə elan edib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə Qəzzaya edilən hücumlarda əksəriyyəti mülki olmaqla 40 mindən çox fələstinli öldürülüb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version