BAĞDAD,ArabAZ
Son beş ildə İraq Körfəz ölkələri və Avropaya ixrac etməklə yanaşı, metamfetamin və Captagon kimi sintetik narkotiklərinin əsas istehlakçısına çevrilib.
2003-cü ildən sonra bir-birini izləyən İraqda ciddi bphran sonrası, təhlükəsizliyin çökməsi, Bağdadın İranın məzgəbçi siyasətitnin qurbanı olması,vətəndaş müharibələri olamsı səbəbi ilə ölkənin narkotiklə mübarizəsi son plana keçdi. Bu əslində Bağdadı hər zaman öz “arxa bağçası” hesab edən İranın da maraqları xidmət edirdi. Nəticədə, Əfqanıstan, İran, Suriya və digər ölkələrdən gələn təbii və sintetik narkotiklər ölkə daxilində yayılmağa başladı.
Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi İraqla bağlı hesabat yayaraq, İraq və qonşu dövlətlərin son beş ildə qaçaqmalçılıq və “Captagon” istifadəsində kəskin artım qeydə aldığını bildirib.
Hesabatda İraqın Cənub-Qərbi Asiya, Afrika və Avropada mürəkkəb qlobal narkotik qaçaqmalçılığı sisteminin kəsişməsində yerləşdiyi üçün Yaxın və Yaxın Şərqdə narkotik qaçaqmalçılığı sistemi üçün getdikcə daha vacib bir mərkəzə çevrilmək riski ilə üzləşdiyi göstərilib.
Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd olunur ki, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı sərhədlərinə bitişik olan Ənbar valiliyi son üç ildə narkotik qaçaqmalçılığı mərkəzinə çevrilib. Hesabatda metamfetamin və esrarın Bəsrənin cənub limanlarından İraqa daxil olduğu göstərilib.
İraqda narkotiklər üzrə ixtisaslaşan hakim Aqil Nazimin sözlərinə görə, son 5 ildə narkotik maddələrdən istifadə nisbəti 20 faizdən 60 faizə yüksəlib ki, bu da onu göstərir ki, onlardan nəinki böyüklər, hətta 18 yaşına çatmamışlar da istifadə edir.
Kuryerlər narkotiklərin şəhərlər arasında daşınması üçün müasir vasitələrdən istifadə edərək, onları avtomobillərin içərisində möhkəm gizlədirlər. Kuryerlər bu işlərdə ahıl yaşında olan insanların “xidmətindən” də istifadə edirlər.